Əsas məzmuna keç

“ŞƏT plyus”da 18 dövlətin və 7 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “ŞƏT plyus”da iştirak edir.

Dövlət başçılarının və beynəlxalq təşkilatların nümayəndələrinin “ŞƏT plyus” görüşü  Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilir.

Qırğızıstan ŞƏT-ə sədrlik edir.

Zirvə görüşündə 18 dövlətin və 7 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Bu, Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclasından sonra baş tutub.

İclasda ŞƏT-ə üzv dövlətlərinin liderləri iştirak edirlər:

Sadır Japarov- Qırğızıstan Prezidenti;
Aleksandr Lukaşenko -Belarus Prezidenti;
Narendra Modi -Hindistan Baş naziri;
Məsud Pezeşkyan – İran Prezidenti;
Qazaxıstan Prezidenti – Kasım-Jomart Tokayev;
Si Cinpin –  Çin Xalq Respublikasının Sədri;
Şahbaz Şərif – Pakistan Baş naziri;
Vladimir Putin – Rusiya Prezidenti;
Emoməli Rəhmon – Tacikistan Prezidenti;
Şavkat Mirziyoyev – Özbəkistan Prezidenti.

“Şəhət Plus” sammitində həmçinin iştirak edənlər:

İlham Əliyev – Azərbaycan Prezidenti;

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti;
Nikol Paşinyan –  Ermənistan Baş naziri;
Uxnaagiin Xurelsux – Monqolustan Prezidenti;

Thongloun Sisoulith – Laos Prezidenti;

Faure Essozimna Gnassingbé -Toqo Nazirlər Şurasının sədri.

Vo Thi Anh Xuan – Vyetnamın vitse-prezidenti;
Hüseyn İsa – Misir Baş nazirinin müavini.

Təmsil olunan beynəlxalq təşkilatlara BMT, MDB, KTMT, AİK, AQFETM və digər təşkilatlar daxildir.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ildə yaradılıb.

10 iyul 2015-ci il tarixində ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də “dialoq üzrə tərəfdaş” statusunun verilməsi barədə qərar qəbul edilmişdir.

Təşkilata üzv dövlətlər: Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan,Özbəkistan və Belarusdur.

Müşahidəçi ölkələr: Əfqanistan və  Monqolustandır.

“Dialoq üzrə tərəfdaş” ölkələr sırasına  Azərbaycanla yanaşı  Türkiyə, Kamboca, Nepal, Ermənistan, Misir, Səudiyyə Ərəbistan, Qətər, Bahreyn, Maldiv Respublikası, Myanma, BƏƏ, Küveyt, Şri-Lanka və Laos da daxildir.

Xatırladaq ki, növbəti il  ŞƏT-ə sədrliyi Pakistan edəcək.

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyini başa vuraraq onu Pakistana təhvil verib.

Y.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…