Pakistanın Lahor şəhəri 2026-2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilib
***
Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyini başa vurdu və onu Pakistana təhvil verdi.

Bu barədə Bişkekdə keçirilən ŞƏT dövlət başçıları Şurasının iclasından sonra elan edilib.
2025-2026-cı illərdə Qırğızıstanın sədrliyi “ŞƏT-in 25 ili: Dayanıqlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizi altında keçirilib.
Onun əsas nəticəsi yubiley sammiti oldu və burada təşkilatın 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi və digər 27 sənəd imzalanıb.
Artıq ŞƏT-in növbəti sədrliyinə Pakistan rəhbərlik edəcək.
İslamabad təşkilatın işini əlaqələndirəcək və dövlət başçıları Şurasının növbəti iclasını hazırlayacaq.
Bundan əlavə, Pakistanın Lahor şəhəri 2026-2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilib.
JASMİN







