Əsas məzmuna keç

“ŞƏT plyus”da dünya liderləri “Azərbaycan” mahnısını qırğız dilində dinləyiblər – video

Bişkekdə “ŞƏT plyus” formatında yüksək səviyyəli görüşdə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə qəbul təşkil edilib.

Qırğız KİV-nin məlumatına görə, qəbul Qırğızıstan Prezidenti Sadir Japarovun adından təşkil olunub.

Ziyafətdə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı qırğız dilində ifa olunub.

Xatırladaq ki, sözləri Xalq şairi Nəbi Xəzriyə, musiqisi bəstəkar- müğənni, Xalq artisti  Müslüm Maqomayevə məxsus olan məşhur mahnı 1974-cü ildə yazılıb. 1975-ci ildə Müslüm Maqomayev mahnını ilk dəfə indiki Heydər Əliyev Sarayında ifa edib.

Məlumata görə, o zaman Azərbaycan SSR-in dövlət başçısı olan Heydər Əliyev də konsertin dinləyiciləri sırasında olub və mahnının sonunda Müslüm Maqomayev notların üzərinə “Sizə ithaf edirəm” sözləri yazaraq onu Heydər Əliyevə verib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasından sonra Bişkekdə ölkə liderlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin “ŞƏT plyus” görüşü başlayıb.

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…