Əsas məzmuna keç

Bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlandı-TƏCİLİ

Bu gün rəsmən məlumat yayıldı ki: Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması iddiası aidiyyəti üzrə araşdırılır. Tezadlar.az xatırladır ki, məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.

QEYD: sosial şəbəkələrdə Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır. Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb. İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

Təəssüflər! Narkotik təsirlər ailələrə daxil olursa…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…