Əsas məzmuna keç

Babək prospektində avtomobil yanıb

Paytaxtın Xətai rayonu, Babək prospektində avtomobildə yanğın baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…