Əsas məzmuna keç

Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bu gün Bakının bir sıra rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri həyata keçiriləcək.

Tezadlar.az “Azərişıq” ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani, Mirəli Seyidov küçələrinin, eləcə də Bakı kənar dairəvi yolunun bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Ağa Nemətulla, Arif Hacıyev, Arif Heydərov küçələrinin bəzi ərazilərində də saat 09:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…