Əsas məzmuna keç

“İçərişəhər” Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib – Fərman imzalanıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı   Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Fərmana əsasən, işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək qurumun İdarə Heyətinin vəzifələrinə daxil edilib.

Tezadlar.az xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 629 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1520 (Cild I); 2026, № 1, maddə 41, № 2, maddə 128) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 4.5.7-ci yarımbəndə “edir” sözündən sonra “, İdarənin işçilərinə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən edir” sözləri əlavə edilsin.

2. 5.7-ci bənd ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2026-cı il

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…