Əsas məzmuna keç

ABŞ-da yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxdı: 5 ölü

Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında Amazon Boeing 767 yük təyyarəsinin eniş zamanı uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, Mayami-Dade şerifi Rozi Kordero-Stutz mətbuat konfransında Amazon yük təyyarəsinin dünən yerli vaxtla saat 13:58-də uçuş-enmə zolağından çıxdıqdan sonra qəzaya uğradığını bildirib.

Kordero-Stutz qəzada beş nəfərin öldüyünü, beş nəfərin yaralandığını və yaxınlıqdakı xəstəxanalara aparıldığını təsdiqləyib.

Yerli mediaya danışan mənbələr yaralıların əksəriyyətinin pilot olduğunu və yük təyyarəsinin qəza zamanı yolda bir neçə nəqliyyat vasitəsinə dəydiyini bildiriblər.

Səlahiyyətlilər ölənlərin və yaralıların şəxsiyyətləri ilə bağlı heç bir məlumat açıqlamayıb, lakin qəza ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Amazon sözçüsü Kelli Nantel CNN-ə qəzanı təsdiqləyərək deyib: “Bu, sürətlə inkişaf edən bir vəziyyətdir və biz hələ də təfərrüatlar toplayırıq. Nə baş verdiyini dəqiq anlamaq üçün yerli hakimiyyət orqanları və rəsmilərlə sıx əməkdaşlıq edirik.”

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…