Əsas məzmuna keç

Rusiya- Ukrayna müharibəsində sülh: kim və nəyi güzəştə gedəcək?

…ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya və Ukraynada apardıqları danışıqların nəticələri barədə məruzəsindən sonra Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, ABŞ rəsmilərindən biri belə bir məlumat verib. Onun sözlərinə görə, Tramp Putinə zəng etməzdən əvvəl Uitkoff və Kuşnerlə məsləhətləşəcək. Daha sonra isə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışacaq. Danışıqların sentyabrın 7-də keçirilməsi ehtimal olunur. Məlumata görə, Uitkoff və Kuşnerin Rusiya və Ukraynaya səfərlərində əsas müzakirə mövzularından biri müharibənin dayandırılması və Rusiya ilə danışıqlar prosesinin bərpası olub. Zelenski isə  bildirib ki, danışıqların yenidən başlaması mümkündür, lakin ərazi məsələsi də daxil olmaqla əsas məsələlər yalnız ölkə liderləri səviyyəsində həll edilə bilər. Uitkoff Ukraynada keçirdiyi birgə mətbuat konfransında Rusiyanın iştirakı olmadan sülhə nail olmaq şanslarının çox aşağı olduğunu deyib.

Putin isə hələki Ukraynanın NATO- dan əlini üzməsi, Krım və digər ərazilər məsələsində israrlı olduğu görünür.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…