Əsas məzmuna keç

Xırdalanda bədbəxt hadisə: Qadın xəsarət aldı – VİDEO

Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb.

Tezadlar.az  xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.

Qadının xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 14:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1978-ci il təvəllüdlü şəxsə (qadın) yerində tibbi xidmət göstərilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…