Əsas məzmuna keç

Yaşıllaşdırma Birliyi gücləndirilmiş rejimə keçdi

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Birlikdən Tezadlar.az verilən xəbərə görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…