Əsas məzmuna keç

Səfir: Azərbaycan bizim üçün qardaş ölkədir

Özbəkistan ilə Azərbaycan gələcəkdə daha çox birgə layihələr həyata keçirəcək, ticarət, investisiya və nəqliyyat sahələrində tərəfdaşlığı genişləndirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakıda Özbəkistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

“Bizim tərəfdaşlığımız Mərkəzi Asiya ilə Qafqaz arasında körpüdür. Dostluğumuz nəsilləri birləşdirən bağdır. Müttəfiqliyimiz gələcəyə qoyulan sərmayədir”, – səfir deyib.

Aşrafxanov vurğulayıb ki, Daşkənd Bakı ilə münasibətləri yüksək qiymətləndirir: “Özbəkistan üçün Azərbaycan sadəcə strateji tərəfdaş və müttəfiq deyil. Azərbaycan bizim üçün qardaş ölkədir. Biz xalqlarımızın sülhə, sabitliyə, davamlı inkişafa və rifahına aparan ortaq məqsədləri bölüşürük”.

Aşrafxanov vurğulayıb ki, iki dövləti ümumi tarix, dil və ənənələrin yaxınlığı, mənəvi bağlılıq, qarşılıqlı rəğbət və hörmət birləşdirir.

“Tam əminliklə demək olar ki, Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır”, – o vurğulayıb.

Səfir bildirib ki, son beş ildə iki dövlət başçısının 16 qarşılıqlı səfəri baş tutub. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin avqustunda Özbəkistana dövlət səfərinin xüsusi tarixi əhəmiyyətini vurğulayıb.

“Səfərin mühüm nəticələrindən biri dövlətlərimiz arasında strateji müttəfiqliyin yeni mərhələsini açan Əbədi Dostluq haqqında Müqavilənin imzalanması olub”, – səfir qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…