Konqo Demokratik Respublikasında (KDR) 15 mayda elan edilən Ebola epidemiyasından ölənlərin sayı 3095-ə çatıb.
Tezadlar.az xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin paylaşdığı son məlumatlara görə, ölkənin 6 əyalətində 60 bölgəni əhatə edən epidemiyada təsdiqlənmiş halların sayı 6436-ya çatıb.
Ölüm sayı 3095-ə çatıb və ölüm nisbəti 48,1 faizə yüksəlib.
İturi əyaləti epidemiyanın əsas mərkəzi olaraq qalır, Cənubi Kivuda isə 95 gündür təsdiqlənmiş yeni hal qeydə alınmayıb.
Ebola Afrikada minlərlə insanın ölümünə səbəb olub.
Hemorragik qızdırmanın bir növünə səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda epidemiyalarla ortaya çıxıb.
Konqo Demokratik Respublikasında epidemiya Ebola çayının yaxınlığındakı bir kənddə başlayıb və buna görə də virusa çayın adı verilib.
Ebola virusu Qərbi Afrikada 2013-cü ilin dekabr ayında yayılıb. 2014-2017-ci illər arasında Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiya 30.000 insana yoluxub və 11.000-dən çox insan ölüb.
Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm hadisəsinin elan edilməsindən sonra 15 mayda ölkədə epidemiya elan edilib.
Səhiyyə orqanlarının məlumatına görə, may ayında ortaya çıxan Ebolanın “Bundibugyo” variantı üçün təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur.
ELBAR







