Əsas məzmuna keç

YAP-ın VIII Qurultayına hazırlaşır və…

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb. Tezadlar.az xatırladır ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir. Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın VIII Qurultayına nümayəndələr seçilir.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti – VIII Qurultay bu il keçirilməlidir. YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…