Əsas məzmuna keç

İraqdan gələn qonaq: “Şuşada tamamilə fərqli mənzərə yaradılıb”

Hazırda Azərbaycan çox güclü dövlətdir.

Tezadlar.az xəbər verir ki, bunu Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Kərkükdən gələn azərbaycanlı din xadimi Yəhya Qahtan Mahmud deyib.

Y.Q.Mahmud İraq türkmanı olaraq, işğal dövründə Qarabağda törədilmiş dağıntılar və insanlara verilən işgəncələrin izi ilə tanışlığın onda dərin təəssürat yaratdığını vurğulayıb:

“İşğal dönəmindən sonra azad edilmiş ərazilərdə həyata keçirilən işlər həqiqətən çox möhtəşəmdir. Artıq Şuşada tamamilə fərqli mənzərə yaradılıb. Bunu görmək insanı həyəcanlandırır. Səfərimiz çərçivəsində bu torpaqlar uğrunda canlarını qurban vermiş şəhidlərin məzarlarını da ziyarət etdik. Allah onlara rəhmət eləsin. Gördüklərimizə əsasən deyə bilərəm ki, hazırda Azərbaycan çox güclü dövlətdir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…