“Fermerləri narahat edən məsələlər protokollaşdırılır və aidiyyəti üzrə dövlət qurumlarına yönləndirilir”. Bunu Ağcabədi rayonunda keçirilən mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası çərçivəsində açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib. Onun sözlərinə görə, yarmarka zamanı aparılan müzakirələr fermerlərin fəaliyyətinin inkişaf etdirilməsinə zəmin yaradır: “Yarmarka çərçivəsində fermerlərlə aparılan müzakirələrdə 6 nazirliyin, həmçinin onların 10-a yaxın tabeli qurumlarının nümayəndələri iştirak edirlər. Analoji tədbirlərin Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi nəzərdə tutulur. Belə yarmarkaların təşkilində məqsəd şirkətlərlə fermerlər arasında əlaqələrin gücləndirilməsi və fermerlərin innovativ məhsullarla, texnoloji yeniliklərlə yaxından tanış edilməsidir. Bu cür tədbirlərin əsas üstünlüklərindən biri də fermerlərin onları narahat edən sualları müvafiq qurumların nümayəndələrinə ünvanlaya bilmələridir. Ümumiyyətlə, fermerləri narahat edən məsələlər protokollaşdırılır və aidiyyatı üzrə dövlət qurumlarına yönləndirilir”.
Fermerlərin problemi necə həll edilir?






