Əsas məzmuna keç

Paşinyan: Bizə Rusiya hərbi bazası lazım deyil

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində yerləşən Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyində mühüm rol oynamadığını bildirib. Paşinyan deyib: “Bizə Rusiya hərbi bazası lazım deyil. Əgər onu çıxarmaq istəyirlərsə, qoy sabah çıxarsınlar, amma qalmaq istəyirlərsə, Ermənistan üçün lazımsız olan bazanın davamlı mövcudluğu şərtlərini müzakirə etməyə hazırıq”.

Tezadlar.az xəbər verir ki, bu sözləri Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya Hərbi Bazası ilə bağlı deyib.

Paşinyan baza məsələsinin Ermənistan tərəfindən deyil, Rusiya tərəfindən qaldırıldığını bildirib və əlavə edib ki, “Hərbi baza Ermənistanın təhlükəsizliyi üçün vacib deyil”.

Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyinə heç bir əlavə töhfə vermədiyini bildirən Paşinyan deyib: “Rusiya bizim dost ölkəmizdir. Bizə Rusiya hərbi bazası lazım deyil. Əgər onu çıxarmaq istəyirlərsə, qoy sabah çıxarsınlar, amma qalmaq istəyirlərsə, Ermənistan üçün lazımsız olan bazanın davam etdirilməsi şərtlərini müzakirə etməyə hazırıq”.

Rusiya prezidenti Vladimir Putin əvvəllər baza məsələsi ilə bağlı bildirib: “Əgər Ermənistan bu infrastruktura ehtiyac duymadığına qərar verərsə, hətta sabah da çıxararıq”.

Gümrüdə yerləşən 102-ci Rusiya Hərbi Bazası Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi aktivlərindən biri kimi tanınır. Baza 1995-ci ildə imzalanmış müqavilə çərçivəsində fəaliyyət göstərir.

Bazada quru qoşunları bölmələrindən əlavə, hava hücumundan müdafiə elementləri və qırıcı təyyarələr də yerləşir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…