Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanda saxlanılan və azadlıqdan məhrum edilmiş digər həmvətənlərinin qayıdışı məsələsində onun üçün müəyyən edilmiş müddət “dəqiqə öncə”dir. Tezadlar.az xatırladır ki, bu barədə Ermənistan İctimai Radiosu məlumat paylaşıb. Sitat: “…Parlamentdə Hökumətlə sual-cavab zamanı “Güclü Ermənistan” fraksiyasının deputatı Syuzanna Avetisyan Baş nazirdən Bakıda həbsdə olanların qayıdışı üçün hansı müddəti müəyyən etdiyini, hansı müddətdən sonra prosesi uğursuz hesab edib istefa verəcəyini soruşub. “Özüm üçün müəyyən etdiyim müddət dəqiqə öncədir-həm əsirlərin, həm də azadlıqdan məhrum edilmiş həmvətənlərimizin qayıdışı hissəsində… İstefaya gəldikdə isə, sizə bir daha xatırladıram ki, mən 2018-ci ildən bəri ən azı iki dəfə istefa vermişəm” — deyə Paşinyan cavab verib…”.
Paşinyan daha bir maraqlı məsələyə toxunub: O, deyib ki, sülh çoxşaxəli fenomendir: “Bu gün siz deyirsiniz ki, Ermənistanın 19 həmvətənimiz üçün sülh yoxdur, amma mən deyirəm ki, milyonlarla insan üçün sülh var. Milyonlarla insan üçün sülh var olduğu müddətdə mən sülhün olduğunu hesab edəcəyəm”, -deyə Paşinyan qeyd edib.
Paşinyan, həmçinin əsirlərin qayıdışı istiqamətində də hər gün iş aparıldığına əmin edib.
A.Məmmədli







