Əsas məzmuna keç

Sabiq Baş nazirin qardaşı korrupsiyaya görə saxlanılıb

İrəvanda Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan Anti-Korrupsiya Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ermənistan KİV-nin məlumatına görə, bu barədə cümə günü komitənin mətbuat xidməti məlumat yayıb.

“Vəzifəli şəxs tərəfindən səlahiyyətlərindən sui-istifadə edilməsi, bu əməlin törədilməsinə kömək göstərilməsi, xidməti saxtakarlıq və saxta sənəddən istifadə faktları üzrə aparılan icraat çərçivəsində Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı saxlanılıb”, – deyə məlumatda bildirilib.

Ovik Abramyan 2014–2016-cı illərdə Ermənistanın Baş naziri vəzifəsini tutub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…