Xəbər verdiyimiz kimi, general Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Tezadlar.az xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev imiş.
Ceyhun Rzayev və digər zərərçəkmişin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.
Məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevin vəkili bildirib ki, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər:
“Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim edəcəyik”.
General qızı barədə hələlik məhkəmə qərarı yoxdur. O, prokurorluqda ifadə verib. Onu da diqqətinizə çatdıraq ki, Ceyhun Rzayev uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb.







