Fridrix Merts Almaniya kansleri vəzifəsindən istefa verərsə, onun yerinə keçmək üçün ən yaxşı şans üç siyasətçiyə məxsusdur.
Tezadlar.az xəbər verir ki, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO) Avropa Siyasi Araşdırmalar şöbəsinin elmi işçisi Mariya Xorolskaya KP.RU-ya bildirib.
Ekspert bildirib ki, hazırda Almaniya siyasətində “Mertslə nə etməli” ilə bağlı daim çağırışlar edilir. Lakin onun partiya yoldaşlarının Mertsi vəzifədən uzaqlaşdırması üçün heç bir hüquqi mexanizm yoxdur və kansler özü də istefa vermək istəmir.
Əgər Merts istefa verməyə razı olarsa, onun varisi Şimali Reyn-Vestfaliyanın Baş naziri Hendrik Vüst, Hessenin Baş naziri Boris Reyn və ya Bavariyanın Baş naziri Markus Söder ola bilər. Lakin çətinlik ondadır ki, bu şəxslərin heç biri bütün siyasi qüvvələr üçün kompromis ifadə etmir.
Merts XDİ-nin Meklenburq-Vorpommern seçkilərində məğlubiyyətini ağır zərbə adlandırıb.
Daha əvvəl politoloq İvan Mezyuxo Lenta.ru-ya verdiyi şərhdə Mertsin istefa ehtimalını 50/50 olaraq qiymətləndirmişdi. O, hakim XDİ-nin liderlik çatışmazlığı yaşadığını və partiya yoldaşlarının konkret bir siyasətçiyə mərc etdiyi zaman Mertsin istefa verməyə məcbur olacağını bildirmişdi.
Daha əvvəl Mertsin istefadan qorxduğu bildirilmişdi. O, mövqeyini yaxşılaşdırmaq üçün nüfuzlu alman siyasətçilərinin dəstəyini almaq qərarına gəlmişdi.
ELBAR







