Əsas məzmuna keç

Tələbə qız burun əməliyyatının qurbanı oldu – FOTO

Azərbaycanda daha bir nəfər plastik əməliyyat zamanı həyatla vidalaşıb…

Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi Fidan Abbaslı vəfat edib.

Tezadlar.az xəbər verir ki, UFAZ-ın “Kompüter elmləri” ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Məlumata görə, o, burun əməliyyatı zamanı həyatını itirib.

2024-cü ildə Bakı Türk Liseyindən məzun olan Fidanın atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimidir.

Qeyd edək ki, Fidanın hansı klinikada və hansı plastik cərrah tərəfindən əməliyyat olunduğu barədə hələ ki, məlumat yoxdur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…