Əsas məzmuna keç

BANM-ın institusional akkreditasiya şəhadətnaməsi verilib

Bakı Ali Neft Məktəbinin institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib
BANM institusional akkreditasiyadan uğurla keçərək növbəti 5 il müddətinə akkreditasiya olunub. Bu nəticə təhsilin keyfiyyətinin davamlı inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyimiz işlərin mühüm göstəricisidir.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabındakı paylaşımda bildirib.
“Şəhadətnamənin təqdim olunması və akkreditasiya prosesində göstərilən dəstəyə görə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədova və Agentliyin kollektivinə, həmçinin bu uğura töhfə verən Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətinə, əməkdaşlarına və tələbələrinə təşəkkür edirəm”, – deyə o qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…