Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Oktyabrın 16-dan 17-nə keçən gecə cənub istiqamətində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri üç saat ərzində 15 kamikadze pilotsuz uçan aparatı, şərqdə isə 3 qanadlı raketi məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
“Oktyabrın 17-də saat 03.30-dan 06.50-dək “Yuğ” hava komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 15 pilotsuz təyyarə vurulub: 6-sı Odessa vilayəti, 9-u Nikolayev vilayəti üzərində. Oktyabrın 16-dan 17-nə keçən gecə cənub istiqamətində ümumilikdə 26 ədəd “Şahed-136″ məhv edilib”, – məlumatda deyilir.
Bundan başqa, ruslar müxtəlif növ qanadlı raketlərlə şərq istiqamətində mühüm infrastruktur obyektlərinə hücum edib.
“Üç raket Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri tərəfindən məhv edilib”, – komandanlıq əlavə edib.
E.ŞİRİNOV