Əsas məzmuna keç

Paşinyan Azərbaycana alüminium folqa göndərib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib. Tezadlar.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Nazir Azərbaycana ixrac olunan alüminium folqanın həcmini açıqlamayıb. Ermənistandan Azərbaycana digər məhsulların ixracının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala isə Papoyan qısa şəkildə “baxacağıq” cavabını verib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…