14 senatordan ibarət ikipartiyalı qrup ABŞ Prezidenti Donald Trampı Kreml lideri Vladimir Putinin dekabr ayında Mayamidə keçiriləcək G20 zirvəsinə dəvətini ləğv etməyə çağırıb. Tezadlar.az “The Washington Post”a istinadla bildirir ki, senatorların məktubunda belə deyilir. Sitat: “… Rusiyanın Ukraynaya qarşı tammiqyaslı, təcavüzkar müharibəyə başlamasına görə birbaşa məsuliyyət Putinin üzərinə düşür… Onun ABŞ-da keçirilən G20 zirvəsində iştirakı Ukraynada mülki hədəflərə gündəlik zərbələr endirməyə davam edən hökumətin legitimləşdirilməsi və normallaşdırılması ilə bağlı ciddi narahatlıqlar doğurur.”
Senatorlar onu da qeyd ediblər ki, Putin, eləcə də Rusiyanın maliyyə naziri Anton Siluanov və Rusiya nümayəndə heyətinin digər üzvləri milli təhlükəsizliyə təhdid hesab edilən hərəkətlərə görə ABŞ sanksiyalarına məruz qalıblar.
Senatorların fikrincə, beynəlxalq təcrid olunmaması Putinin Ukrayna ilə atəşkəsə razılaşmaq motivasiyasını azalda bilər.
Müharibə isə davam edir.







