Əsas məzmuna keç

Mustafa Sandaldan fond iddiaları ilə bağlı bəyanat: “Vicdanım təmizdir”

Müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sütşurup Sandal və onun fondlarla əlaqəsi ilə bağlı ortaya çıxan iddialardan sonra açıqlama verib.

Tezadlar.az xəbər verir ki, sosial media paylaşımında Sandal heç vaxt fond əldə etmə, satış və ya belə bir təşkilatda iştirak etmədiyini bildirib.

İctimai narahatlıqlarını ifadə edən Sandal deyib: “Vicdanım təmizdir! Bu günə qədər heç vaxt fond əldə etmə, satış və ya belə bir təşkilatda iştirak etməmişəm”.

Musiqinin 32 ildir yeganə gəlir mənbəyi olduğunu bildirən Sandal həyat yoldaşı və vəkilinin artıq bu məsələ ilə bağlı lazımi açıqlamalar verdiyini bildirib. Sandal əlavə edib ki, “Mən hörmətlə və eyni hisslərlə ictimaiyyətin bu məsələ ilə bağlı həssaslığını bölüşürəm”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…