Milli Maraqlar üçün mənim illərdi göstərdiyim səylər tam təmənnasızdır. Maneələrin olması, maliyyə dəstəyinin olmaması məni bu işdən çəkindirən deyil.
Bu sözləri tanınmış hüquqşünas Sahib Məmmədov sosial media hesabında bildirib.

“Bu arada bizim bu işə mane olanların bir neçə dəstəsi gəlib-gedib. Növbətilər də gedəcək.
Ermənistanla sülh zəruridir, amma biz heç vaxt bu dövlətlə dost və müttəfiq ola bilməyəcəyik. Digər bir məsələ. Biz indi orta gücə çevrilmiş bir dövlətik, baxmayaraq ki, coğrafi baxımdan kiçik dövlətik. Bizi bütün dövlətlərlə ya düşmən etmək, ya da aranı sərinləşdimək istəyənlərin (fərdlər, qüvvələr və s.) sayı və gücü dürmadan artır. Narahatedicidir”, – deyə o qeyd edib.
JASMİN







