Əsas məzmuna keç

“Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur”

“Azərbaycanla bizi dostluq münasibətləri birləşdirir. Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur”. tezadlar.az  xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze Azərbaycan Xarici İşlər Nazirliyinin Kürmük məbədi ilə bağlı bəyanatını jurnalistlərə şərh edərkən deyib. O, Gürcüstanın Azərbaycan hökuməti ilə münasibətlərində heç bir gərginliyin olmadığını bildirib: “Azərbaycanla bizi dostluq münasibətləri birləşdirir. Bu dostluğun sayəsində biz istənilən məsələləri çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycanın hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur”, – deyə İrakli Kobaxidze əlavə edib.

Bununla yanaşı, hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri İrakli Kirtsxaliya da jurnalistlərin sualını cavablandırarkən qeyd edib ki, Kürmük məbədi ilə bağlı bəyanat və məbədin özü ətrafındakı bütün spekulyasiyalara son qoyulacaq. O, Azərbaycanın Gürcüstanın ən yaxın tarixi və strateji tərəfdaşı, eyni zamanda çox böyük dostu olduğunu qeyd edib: “Əmin olun ki, məbədlə bağlı məsələ yoluna qoyulacaq və hadisələr hər iki xalqın maraqlarına uyğun şəkildə inkişaf edəcək”, – deyə İrakli Kirtsxaliya əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…