Əsas məzmuna keç

Jurnalist Əvəz Zeynallının dəfn vaxtı açıqlandı

Əvəz Zeynallının dəfn yeri məlum olub. 

Tezadlar.az xəbər verir ki, Vəkil Rəşad Vaqifoğlu bildirib ki, mərhum jurnalist sabah saat 12-də Kürdəxanı qəbiristanlığında torpağa tapşırılacaq.

***

saat 13:28

Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.

Tezadlar.az-ın xəbərinə görə, bu barədə məlumatı vəkil Rəşad Vaqifoğlu yayıb.

Qeyd edək ki, Əvəz Zeynallı xərçəngdən əziyyət çəkirdi.

Xatırladaq ki, Əvəz Zeynallı 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya gəlib. O, 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya olunub. Hərbi xidmətdən sonra Türkiyəyə gedərək Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Əvəz Zeynallı tələbəlik illərində Türkiyədə “Böyük Gələcək” jurnalını nəşr etdirib. Azərbaycana qayıtdıqdan sonra “Günaydın”, “P.S.” və “Millətin səsi” qəzetlərində çalışıb, “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru olub.

O, 2002-ci ildə “Xural” qəzetini təsis edib və uzun illər nəşrin baş redaktoru kimi fəaliyyət göstərib. Sonrakı dövrdə “Xural TV” internet kanalını yaradıb, “Siyasət Meydanı” ictimai-siyasi verilişinin müəllifi və aparıcısı olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…