Əsas məzmuna keç

Vüqar Bayramov şəhid atasının yas mərasimində iştirak edib

Füzuli rayonu Horadiz şəhərində Qarabağ müharibəsi şəhidimiz Namiq Məmmədovun atası Ramil Məmmədovun yas mərasimində iştirak etdik.
Bu barədə deputat, iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabənda  məlumat verib.
“Şəhidimizin ailə üzvləri ilə görüşərək doğmalarına Allahdan səbr dilədik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış şanlı qələbədən, şəhid və qazilərimizin şücaətindən geniş söhbət açdıq.
Qeyd edək ki, Məmmədov Namiq Ramil oğlu 21.10.1968-ci ildə Horadiz qəsəbəsində anadan olub. 1974-1984-cü ildə Horadiz qəsəbəsi 1 saylı tam orta məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra 1984-1986-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə könüllü olaraq hərbi xidmətə yollanıb. Əksər döyüş əməliyyatlarında iştirak edib. 16.04.1994-cü il tarixində Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. Nəşi Beylaqan rayon qəbristanlığına dəfn olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin”, – deyə o, qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…