Əsas məzmuna keç

Boşanmaq istədi, əri tərəfindən öldürüldüyü bildirilir

Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.

Tezadlar.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.

42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.

Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…