Əsas məzmuna keç

Aİ ilə Suriya arasında yeni mərhələ

ec f a c efafee

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Suriyaya səfər edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Suriya Televiziyası məlumat yayıb.

Bildirilib ki, Kaya Kallas Dəməşqdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşüb.

Məlumata görə, görüş Tişrin sarayında keçirilir. Danışıqlarda Aİ ilə Suriya arasında uzunmüddətli tərəfdaşlığın qurulması məsələləri müzakirə olunur.

Aİ-nin Suriya hakimiyyətinə iqtisadi vəziyyətin sabitləşdirilməsi və dövlət institutlarının fəaliyyətinin bərpası istiqamətində dəstək göstərmək niyyətində olduğu qeyd edilib.

Kaya Kallasın səfər çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şara ilə də görüşəcəyi bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…