Əsas məzmuna keç

Bədbəxt hadisə: ildırım qoyun otaran çobanı vurub

Kürdəmir rayonunda çobanı ildırım vuraraq öldürüb.

Hadisə ötən gün – sentyabrın 29-da saat 17:00 radələrində rayonun Şıxımlı kəndində baş verib.

Belə ki, kənd sakini Zahir Hacalıyev xırdabuynuzlu heyvanları otararkən ildırım vurması nəticəsində aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…