Əsas məzmuna keç

Qırğızıstan paytaxtında ətin qiymətləri ilə bağlı reydlər keçirilir – quzu əti 17 manatdan yuxarı olmamalıdır…

Qırğızıstan paytaxtında – Bişkekdə ət qiymətlərinə nəzarət reydləri davam etdirilir.

Şəhər administrasiyasından Qırğız KİV-nə verilən məlumata görə, yoxlamalar bazarlarda, mini-marketlərdə, ticarət mərkəzlərində, mağazalarda və digər pərakəndə satış məntəqələrində aparılır.

BİSHKEKE MERİYASİ

Paytaxtın Sverdlovski rayonunda satıcılara ətlə bağlı tövsiyə olunan qiymətlər verilib:

mal əti — kiloqramı 770 som (14,938 manat), quzu əti — 880 som (təqribən 17 manat).

Reydlər rayon administrasiyaları tərəfindən Antiinhisar Tənzimləmə Xidmətinin, baytarlıq xidmətlərinin və digər dövlət qurumlarının nümayəndələri ilə birgə aparılır.

Yoxlamalar ətin qiymətlərini, qanunlara riayət olunmasını, baytarlıq və gigiyenik tələblərlə bağlıdır.

Şəhər meriyasından bildirilib ki, bu işlər mal və quzu ətinin əsassız qiymət artımının qarşısını almağa yönəlib və gələcəkdə də davam etdiriləcək.

 

JASMİN

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…