Əsas məzmuna keç

Gəncədə məktəbdə 5 şagird zəhərləndi

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib.

Araşdırmalar davam etdirilir.

———-
Oktyabrın 1-də Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərdən birində 5 şagirdin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

“Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır”, – deyə məlumatda qeyd edilib.

__________

Gəncədə orta məktəblərdən birində zəhərlənmə hadisəsi baş verib.

TƏBİB-dən verilən məlumata görə, oktyabrın 1-də saat 12:30 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər qadın cinsli şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

“Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətə götürülüb.

Agentliyin mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…