Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Dünən oktyabrın 20-də Hollandiya parlamenti Putin rejiminin Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərə görə Haaqada xüsusi tribunalın yaradılmasını dəstəkləyib.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə parlament qətnaməsinin təşəbbüskarlarından biri, D66 partiyasından olan deputat Syord Vimer Syordsma Twitter-də məlumat paylaşıb. Sitat: “Hollandiya parlamentinin əksəriyyəti Rusiyanın Ukraynaya təcavüzü işinə baxmaq üçün xüsusi tribunalın yaradılmasını dəstəkləyir. Biz Putini məsuliyyətə cəlb edə bilərik və etməliyik”.
Beləliklə, Nümayəndələr Palatasının əksəriyyəti D66-nın Haaqada xüsusi tribunal yaradılması təklifini dəstəkləyib. D66 bunu Haaqanın Putinin və Rusiyanın hərbi və siyasi rəhbərliyinin mühakimə oluna biləcəyi bir şəhərə çevrilməsini məntiqli addım kimi görür. D66 partiyasından olan deputat Serd Wimer Serdsmanın sözlərinə görə, Vladimir Putini mühakimə etmək üçün ayrıca tribunal lazımdır. Hollandiyalı deputat artıq onu Putinin tribunalı adlandırıb. D66 partiyasından deputat Serd Wimer Serdsma, 2016-cı ildə Ukrayna ilə Aİ arasında Assosiasiya Sazişi üzrə Hollandiya referendumu zamanı açıq şəkildə və əvvəldən Ukraynanın “lehinə” mövqeyini ifadə edəndir.
Bəs reallıqda bu mümkün olacaqmı? Yaxud, mümkün olarsa, necə olacaq???
BAŞ VERƏNLƏRƏ HƏLƏKİ RUSİYANIN SİYASİ RƏHBƏRLİYİNDƏN HANSISA BİR REAKSİYA YOXDUR…
A.Məmmədli