21 Oktyabr 2022 / 12:07

UKRAYNANIN DONETSKİ ATƏŞƏ TUTMASI NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI İKİ NƏFƏRƏ ÇATIB

Ukrayna Silahlı Qüvvələrinin Donetsk şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Bu barədə DXR-in ərazi müdafiə qərargahı məlumat yayıb.

“Ukrayna silahlı birləşmələri Donetskin Kuybışevski rayonuna atəş açıb, Yujina küçəsində bir nəfər ölüb”, – məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Donetskdə Çaykovski küçəsində daha bir nəfərin öldüyü bildirilirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!