23 Oktyabr 2022 / 15:03

CƏNUBDA USQ RUSLARA 130-A YAXIN ATƏŞ ZƏRBƏSİ ENDİRİB

Cənubda Ukrayna Silahlı Qüvvələri düşmənə 130-a yaxın atəş zərbəsi endirib.

Bu barədə “Cənub” əməliyyat komandanlığının spikeri Vladislav Nəzərov saat 13:00-a olan vəziyyəti şərh edərkən bildirib.

“Müdafiə Qüvvələrinin artilleriyaçıları və raketçiləri gecə saatlarında düşmənin mövqelərinə və düşmən qüvvələrinin cəmləşdiyi ərazilərə hücum edib. 130-a yaxın atəş tapşırığı yerinə yetirilib. Düşmənin itkiləri dəqiqləşdirilir”, – Nəzərov bildirib.

Onun sözlərinə görə, düşmən müdafiə əməliyyatlarını davam etdirir və işğal olunmuş xətləri saxlamağa çalışır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!