Əsas məzmuna keç

Müəllim şagirdlərə Xameneyiyə həsr olunmuş mahnını öyrədir…

Sosial şəbəkələrdə maraqlı videoya rast gəldim… Videoya baxışda məlum olur ki, müəllimə məktəbdə dərs keçmək, bilik öyrətmək, Azərbaycanın Dövlət himnini əzbərlətmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnını oxudur. Bəli, məktəb elm- bilik məbədidir, dini təbliğatın, başqa ölkələrin dini ideologiyasının təbliğ olunacağı məkan da deyil. Məktəbdə yalnız tədris proqramına və fənnə aid olan materiallar təbliğ edilməlidir.
Bu azmış kimi, müəllim sinifdə, hətta Azərbaycanın bayrağını belə tərsinə asıb! Bunun adı nədir? Konstitusiyamızdan xəbəri yoxmu bu müəllimənin? Aydın şriflərlə yazılıb ki, din dövlətdın ayrıdır, kənardır! İrandadır din dövləti idarə edən. Azərbaycan isə unitar, müasir dövlətdir və onun öz strategiyası, dövlət idarəçiliyi var!
SƏBUHİ
https://www.facebook.com/reel/1143846398321510
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…