Nə baş verir? ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin nizamlanması ilə bağlı Vaşinqtonun şərtlərini qəbul etməyəcəyi təqdirdə məhv ediləcəyini bildirib. Tezadlar.az reuters-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin nizamlanması ilə bağlı Vaşinqtonun şərtlərini qəbul etməyəcəyi təqdirdə məhv ediləcəyini bildirib. Tramp bu barədə Nyu-York ştatının Sirakuz şəhərində tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Sizə bir şeyi deyim: İranla bağlı hər şey çox tez həll olunacaq. Bu və ya digər şəkildə. Ya onlar bizə hər şeyi verəcəklər, ya da mövcudluqlarına son qoyulacaq. Onlar da bunu bilirlər”, – ABŞ Prezidenti vurğulayıb.







