Əsas məzmuna keç

Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Bu gün qadın həndbolçulardan ibarət “Kür” komandası EHF Avropa Kuboku çərçivəsində növbəti matçına çıxacaq.

Tezadlar.az xəbər verir ki, Mingəçevir şəhərində təşkil olunacaq qarşılaşmada təmsilçimiz Kiprin “APOEL” klubu ilə üz-üzə gələcək.

Görüş saat 17:00-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Komandalar arasındakı növbəti matç oktyabrın 11-də keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…