Səudiyyə Ərəbistanı ölkənin şərqində, Dammamda yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına yeni bir hücum edildiyini elan edib.
Tezadlar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya İdarəsinin (GACA) verdiyi açıqlamada Kral Fəhd Beynəlxalq Hava Limanına axşam saatlarında hücum edildiyi bildirilir.
Bəyanatda hücumun ölkədəki mülki aviasiya obyektlərinə qarşı davamlı hücumlar zamanı baş verdiyi qeyd olunur.
O əlavə edib ki, zərərin qiymətləndirilməsini başa çatdırmaq və obyektlərin təhlükəsizliyini yoxlamaq üçün müvafiq orqanlarla koordinasiyalı şəkildə işlər aparılır.
Bəyanatda hücumun mahiyyəti barədə məlumat verilməyib, ölən və ya yaralanan olub-olmadığı da qeyd edilməyib.
Yəmən hökumətini dəstəkləyən Ərəb Koalisiyası 10 oktyabrda Kral Fəhd Beynəlxalq Hava Limanı yaxınlığında bir mərminin düşdüyünü açıqlayıb, lakin mərminin kimin tərəfindən atıldığını və ya hər hansı bir ziyana və ya yaralanmaya səbəb olub-olmadığını dəqiqləşdirməyib.
İranın dəstəklədiyi Husi üsyançıları 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sənaya və Yəmənin bəzi digər ərazilərinə nəzarət edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından bəri Husi üsyançılarına qarşı Yəmən hökumətini dəstəkləyir.
ELBAR






