Növbəti görüşümüz Füzuli rayonu Bala Bəhmənli kənd sakinləri ilə oldu. Görüş zamanı vətəndaşımızın qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.
Deputat Vüqar Bayramov bu barədə sosial media hesabında bildirib.
O, vurğulayıb ki, müraciətlər məşğulluq, mənzil təminatı, sahibkarlıq, pensiya təyinatı, əlillik dərəcəsinin alınması, işə bərpa olunma, biznes fəaliyyəti, kredit borcu, sosial təminat və digər mövzuda olub:
“Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərəcəyik.
Növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”.
JASMİN







