Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni sanksiyanın qəbul edildiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Kallas ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək, AB Xarici İşlər Nazirlərinin Görüşünün Lüksemburqda keçirildiyini bildirib.
İclasda Rusiyaya qarşı sanksiyalarla bağlı qərarın qəbul edildiyini qeyd edən Kallas deyib: “Bu, Rusiya müharibəyə başlayandan bəri sanksiya siyahımızın ən böyük genişləndirilməsidir. Avropa bir daha birlik içində hərəkət etdiyini göstərir.”
Kallas yeni sanksiyaların yarıdan çoxunun ballistik raket istehsal zənciri ilə əlaqəli olduğunu bildirib və AB üzvlərinin Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni sanksiya qəbul etdiyini açıqlayıb.
AB Ali Nümayəndəsi Kallas deyib: “Biz Rusiyanın ukraynalıları öldürmək üçün istifadə etdiyi silahları istehsal etməsini xeyli çətinləşdiririk, yavaşlatırıq və daha bahalı edirik.”
ELBAR







