Əsas məzmuna keç

Hörmüz boğazında tanker atəşə tutulub

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin yaydığı məlumata görə, Hörmüz boğazından keçən tanker atəşə tutulub.

Tezadlar.az xəbər verir ki, idarənin açıqlamasında tankerin mərmi ilə vurulduğu bildirilib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd olunub ki, hadisə barədə məlumatı gec əldə etdiyindən atəşin dəqiq vaxtını müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə nəticəsində gəminin ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…