Əsas məzmuna keç

Krasnodar dron hücumuna məruz qalıb

Rusiya hava hücumundan müdafiə qüvvələri Krasnodarda Ukrayna Silahlı Qüvvələrinin dron hücumunu dəf edir və şəhərdə xəbərdarlıq sistemi fəaliyyətdədir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Max” xəbər agentliyinə regional paytaxt administrasiyası məlumat verib.

Məlumatda deyilir: “Krasnodarda “Hamının diqqətinə” siqnalı çalınır – dron hücumu dəf edilir. Şəhər sakinləri və qonaqları sakit qalsınlar, təhlükəsizlik tədbirlərinə əməl etsinlər və təhlükəsiz yerə gedin”.

Dron hücumunun nəticələri barədə hələlik rəsmi məlumat yoxdur. Daha əvvəl Krasnodarın Paşkovski hava limanında təyyarələrin gəlişi və yola düşməsinə əlavə məhdudiyyətlər qoyulduğu bildirilirdi.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…