ABŞ prezidenti Donald Tramp və onun ukraynalı həmkarı Volodimir Zelenski arasındakı münasibətlərin pisləşməsi AB-yə 2025-ci ilin fevral ayında Ağ Evdəki mübahisəni xatırladıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” adı çəkilməyən AB rəsmisinə istinadən məlumat yayıb.
Nəşr iddia edib ki, “Son bir neçə gün… sanki “Oval Ofisin İkinci Hissəsi” kimi idi”.
Nəşr əvvəllər Trampın ukraynalı həmkarı Volodimir Zelenski Rusiya-ABŞ dizel müqaviləsindən açıq şəkildə narazılığını bildirərsə, Ukraynanı Starlink-dən ayıra və onu kəşfiyyatdan məhrum edə biləcəyini bildirmişdi.
Qeyd edək ki, 9 oktyabrda Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Rusiya dizel yanacağının ABŞ və qlobal bazarlara tədarükü barədə razılığa gəliblər.
ELBAR







