İran ordusunun baş qərargah rəisi general-mayor Əmir Hatəmi ölkəsinin hər cür müharibəyə hazır olduğunu və Hörmüz boğazının tamamilə İran qüvvələrinin nəzarəti altında olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Hatəmi bu sözləri Tehranda İmam Əli Zabitlər Universitetində deyib.
O, düşmən gəmilərinin Oman körfəzindəki dəniz zonasına daxil ola bilməyəcəyini və Hörmüz boğazının tamamilə İran qüvvələrinin nəzarəti altında olduğunu bildirib.
Hatəmi “Silahlı Qüvvələr hər cür müharibəyə hazırdır” deyə əlavə edib və İranın infrastrukturuna hücum edilərsə, İsrailin və onunla əməkdaşlıq edən ölkələrin infrastrukturuna zərər dəyəcəyini bildirib.
Hörmüz boğazının İran xalqının hüquqlarına hörmət edilənə qədər bağlı qalacağını iddia edən Hatəmi “çoxsaylı düşmən hərbi bazalarına zərər dəydiyini və düşmənin vizyonunun zəiflədiyini” iddia edib.
ELBAR







