…Sinəsində – ürəyinin başında vətəndaşı olduğu Ukraynanın dövlət bayrağı ilə yanaşı Vətəni olan Azərbaycan Respublikasının da dövlət bayrağını gəzdirən eloğlumuz İlyas Abdullayev Ukraynanın azadlığı uğrunda qəhrəmancasına şəhid olub.
İlyas Mütəllim oğlu Abdullayev Azərbaycanın Bərdə rayonunda anadan olmuşdu. Ukraynanın Jovti Vodi şəhərində yaşayırdı.
Ukrayna vətəndaşı olan 37 yaşlı İlyas Abdullayev Ukraynanın Sumı vilayəti ərazisində gedən döyüş əməliyyatları zamanı komandanlığın xüsusi döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmancasına şəhid olub.
Evli idi.
Üç övladı hər iki Vətəninə əmanət qalıb.
Qalib Osmanlının verdiyi məlumata görə, İlyasla vidalaşma mərasimi 18 oktyabrda, yerli vaxtla saat 12.00-da Ukraynanın paytaxtında olacaq. Sonra qəhrəmanın nəşi Abdullayevin Ukraynada daimi yaşadığı və rəsmi qeydiyyatda olduğu, hazırda həm də övladları yaşayan Dnepropetrovsk vilayətinin Kamyansk rayonunun Jovti Vodi şəhərinə yola salınacaq.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz – Ukrayna bölünməz!
Azərbaycan kimi…
P.S. Onu da qeyd edək ki, Ukraynada hazırda 3 övladı olan şəxsləri müharibəyə çağırmırlar. Görünür həmyerlimiz cəbhəyə özü könüllü gedib.
Kərim Kərimli







